XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 14:15

Los-Ancelesdə iki [color=red]təyyarə toqquşdu

Los-Anceles sahillərində iki yüngül təyyarənin toqquşması nəticəsində 3 nəfər itkin düşüb. Bir neçə saat davam edən axtarışlardan sonra onlardan kiminsə sağ qalmasına ümidlər tükənib.

Azərtac xəbər verir ki, təyyarələrin birində 61 və 81 yaşlı iki kişi, digərində isə 72 yaşlı qadın olub. Bu barədə Sahil Mühafizə Xidmətinin kapitanı Cenifer Uilyams məlumat verib. Onun sözlərinə görə, təyyarələrin hər ikisi Torransa şəhərinin aeroportundan havaya qalxıb. Qəza zamanı itkin düşənlərin axtarışı sutka ərzində 320 kilometr radiusda davam edəcək.

İnsident fevralın 5-də yerli vaxtla saat 15:30-da baş verib. Hadisənin səbəbləri hələ ki, məlum deyil. Xilasedicilər “Beechcraft” təyyarəsinin bort jurnalını tapıblar. Qadının idarə etdiyi təyyarə və ya onun qalıqları isə indiyədək aşkarlanmayıb. Yaxınlıqdakı liman axtarış-xilasetmə əməliyyatı başa çatanadək bağlanıb.