XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

09 May 2015 - 19:45

Kerri və Lavrov görüşməyə qərar verdilər –XƏBƏR

kerri lavrov.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri tezliklə şəxsən görüşmək haqda razılıq əldə ediblər.
Strateq.az bildirir ki, bu barədə İTAR -TASS məlumat yayıb. Rusiya XİN-in bu barədə yaydığı rəsmi rəsmi məlumatında deyilir ki, onlar müxtəlif konfliktli situasiyalar üzrə müzakirə aparacaqlar.
“Nazir və dövlət katibi yaxın zamanlarda görüşüb müxtəlif konfliktli situasiyaların həlli üzrə Rusiya və ABŞ-ın mümkün birgə addımlarını müzakirə etmək, həmçinin, ikitərəfli münasibətlərin durumunu nəzərdən keçirmək üçün razılığa gəliblər” – məlumatda bildirilir.
Kerri Lavrovu faşizm üzərində qələbənin 70 illiyi münasibətilə təbrik edib və “rus xalqının, Sovet İttifaqının digər xalqlarının faşizmin darmadağın edilməsində böyük rolu”nu vurğulayıb.
öz növbəsində Lavrov Rusiyanın Hitler Almaniyasına qarşı müttəfiqlərin birgə mübarizəsini həmişə əziz xatirə kimi yad etdiklərini bildirib.