XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 22:33

İŞİD təsdiqlədi:Bağdadi öldürülüb

İŞİD terror təşkilatı öz lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi xəbərini təsdiqləyib və onun “varisinin” adını açıqlayıb.

Strateq.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə qruplaşma ilə əlaqəli olan Amaq saytı məlumat yayıb.

Məlumata görə, təşkilat Abu İbrahim əl- Haşimi əl-Kuraşini yeni lider təyin edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəlki açıqlamasında əl-Bağdadinin yerinə gətirildiyi bildirilən terrorçunun da öldürüldüyünü bəyan edib.

Onu da qeyd edək ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ötən həftənin sonunda Suriyanın İdlib əyalətində Amerika tərəfindən xüsusi əməliyyatla öldürülüb.