“Türkiyə Gürcüstan üçün Avropaya açılan yol deməkdir”.
Bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.
O, enerji dəhlizi sahəsindəki əməkdaşlığa böyük əhəmiyyət verdiklərini də vurğulayıb.
Gürcüstan hökumətinin başçısı Türkiyə liderini ölkəsinə dəvət edib: “Ancaq bu səfəri tez reallaşdırın”.
R.T.Ərdoğan isə cavabında bildirib: “Əvvəlcə iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının toplantısı keçirilsin. Bundan sonra yaz aylarında Gürcüstana səfəri reallaşdırarıq”.
G.Qaxariya bu təklifə razılıq verib/Report.