XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 09:00

Türkiyə Xarici İşlər Nazirliyi Fransa səfirini çağırıb –Səbəb

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Parlamentinin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatını qınayan qətnaməni qəbul etməsi ilə əlaqədar Fransa səfiri Şarl Frisi çağırıb.

Trend-in məlumatına görə, bu barədə “TASS”a Türkiyə XİN-dəki mənbədən bildiriblər.

Məlumatda deyilir: “Fransa səfiri nazirliyimizə çağrıldı ki, Fransa parlamentinin “Sülh bulağı” əməliyyatı ilə bağlı verdiyi qərarla əlaqədar narahat olduğumuzu bildirək”.

Qeyd edək ki, Fransa Milli Məclisi (parlamentin aşağı palatası) iclasında Türkiyənin Suriyadakı Fərat çayının şərqindəki hərbi əməliyyatını pisləyən qətnamə qəbul edib.