ABŞ-da təyyarə qəzası baş verib.
Bu barədə şəhərin polisinin “Twitter” hesabına istinadən TASS bildirib.
Məlumata görə, hadisə Florida ştatında baş verib. Birmühərrikli “Beechcraft Baron” təyyarəsi qəza enişi edərək avtomobilə çırpılıb. Hadisə nəticəsində 2 nəfər həlak olub.
Faktla bağlı ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli İdarəsi tərəfindən təhqiqat başlayıb. Hadisənin başvermə şəraiti araşdırılır. (Report)