XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 06:44

ABŞ İrandakı seçkini izləmək istədi, [color=red]Tehrandan rədd cavabı gəldi

İran İslam Respublikasında keçiriləcək seçkilərin beynəlxalq nəzarətə ehtiyacı yoxdur.

Bunu İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Brucerdi 3 amerikalı senatorun seçkilərə nəzarət etmək üçün İrana səfər etmək istəklərinə cavab olaraq deyib. O bildirib ki, senatorların belə bir istəklə viza tələb etməyə haqqı çatmır.

Ə.Brucerdi bildirib ki, İranda keçirilən hər hansı seçkilərin nəzarətə ehtiyacı yoxdur. Çünki İran regionda ən güclü demokratiyaya malikdir və seçki prosesi tam şəffaf şəraitdə keçirilir.

Xatırladaq ki, ABŞ-dan olan 3 senator fevralın 26-da İranda keçiriləcək parlament seçkilərini müşahidə etmək istəyində olduqlarını bildirmişdi. Senatorlar Vaşinqtonda İranın maraqlarını müdafiə edən lobbi şirkətinə onlara viza almaqda kömək göstərilməsi xahişi ilə müraciət etmişdilər(Azərtac).