XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 19:06

Pompeo Almaniya kansleri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək

ABŞ dövlət katibi Maykl Pompeo noyabrın 8-də Almaniyaya səfər edəcək.

TASS xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martin Fits məlumat verib.

Onun sözlərinə görə, Almaniya kansleri Angela Merkel Maykl Pompeonu qəbul edəcək: “Danışıqların əsas mövzusu ikitərəfli münasibətlər, beynəlxalq aktual məsələlər olacaq. Pompeo Almaniyanın xarici işlər naziri Hayko Maas, müdafiə naziri Anneqret Kramp-Karrebauer, eləcə də maliyyə naziri Olaf Şolsla da görüşəcək”.

Nazirlər Kabinetinin sözçüsü görüş zamanı Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması məsələsinin müzakirə olunacağını da ehtimal edib. (Report)