XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 19:18

Türkiyədə antiterror əməliyyatı –Keçmiş İŞİD rəhbərinin fərdi aşpazı saxlanıldı

Türkiyənin Çankırı vilayətində İŞİD terror təşkilatına qarşı növbəti polis əməliyyatı keçirilib.

Trend-in məlumatına görə, əməliyyat zamanı 12 nəfər saxlanılıb.

Saxlanan şəxslər arasında bir müddət əvvəl zərərsizləşdirilmiş İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin fərdi aşpazı da var.

Bütün saxlananların İraq vətəndaşı olduğu deyilir. Digər təfərrüatlar barədə məlumat verilməyib.