XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2019 - 10:22

ABŞ-ın yeni Daxili təhlükəsizlik naziri kimdir?- Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp cümə günü Kevin Makelinenanın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsindən istefasından sonra bu vəzifəni Çed Vulfun icra etdiyini açıqlayıb.

APA-nın TASS-a istinadla verdiyi xəbərə görə, Tramp Çedin bu vəzifəyə təsdiq ediləcəyi ilə bağlı sualı cavablandırarkən belə deyib.

“Hazırda o, Daxili Təhlükəsizlik naziri vəzifəsini icra edir. Onun bu posta təsdiq edilməsini gələcək göstərəcək”, – deyə Ağ Evin rəhbəri bildirib.

ABŞ prezidenti əlavə edib ki, Vulf bu vəzifəni noyabrın 11-dən – Veteranlar Günündən sonra tam icra etməyə başlayacaq.

Tramp deyib ki, bu müddət ərzində Kevin Makelinena vəzifəsinin öhdəsindən layiqincə gəlib.

Qeyd edək ki, Kevinin istefası barədə Tramp oktyabrın 11-də elan etmişdi.

Çed Vulfun bundan əvvəl sözügedən qurumda şöbə müdirinin müavini vəzifəsində çalışdığı bildirilir.