XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2019 - 16:55

Türkiyə Daxili İşlər naziri:"Ələ keçirilən İŞİD üzvləri öz ölkələrinə göndəriləcək"

“Biz İŞİD üzvünün oteli deyilik”.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Mən sizi vətəndaşlıqdan məhrum etdim, özünüz başınızın çarəsinə baxın yanaşması bizim üçün qəbul edilməzdir. Bu, eyni zamanda məsuliyyətsizlikdir”,- deyə o bildirib.

“İŞİD döyüşçülərinin vətəndaşlıqdan çıxarılmasını Hollandiya ilə yanaşı Böyük Britaniya da edir. Hər kəs ən asan olanı edir”.

S.Soylu əlavə edib ki, ələ keçirilən İŞİD döyüşçüləri öz ölkələrinə göndəriləcək.