XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2019 - 17:51

Lissabonda “WEB-2019” sammiti keçiriləcək- Bu tarixlərdə

Noyabrın 4-dən 7-dək Lissabonda keçiriləcək “WEB Summit-2019” ənənəvi olaraq 170 ölkədən 70 min iştirakçını, 11 min aparıcı texnoloji şirkət və startapı, həmçinin 2600 mətbuat nümayəndəsini öz ətrafında toplayacaq.

Azərtac xəbər verir ki, 2010-cu ildə irlandiyalı biznesmenlər Peddi Kosqreyv, Dayre Hikki və Devid Kelli tərəfindən yaradılan “WEB Summit” internet-texnologiyaların, innovasiyaların və sahibkarlığın inkişafı üzrə qlobal səviyyəli tədbirlərdən biri hesab edilir. Dünyada ən böyük IT konfransı olan bu tədbirdə bütün məşhur internet-layihələrin və offlayn-brendlərin – “Booking”, “Pinterest”, “eBay”, “Reddit”, “Facebook”, “Google” və s. təmsilçiləri bir yerə yığışır.

2010-cu ildə İrlandiyada yaradılan IT-sammit Lissabonda 2016-cı ildən keçirilir. Ötən ilin noyabrında sammitin uğurlu təşkili diqqətə alınaraq, Portuqaliya hökuməti, Lissabon Şəhər Şurası və Peddi Kosqreyv arasında “WEB Summit”in 2028-ci ilədək hər il Portuqaliyanın paytaxtında keçirilməsi barədə saziş imzalanıb.

Peddi Kosqreyvin sözlərinə görə, builki IT-konfransda IT-texnologiyalarda qadın sahibkar, həmçinin iqlim dəyişmələri ilə mübarizədə texnologiyaların rolu, tədbir keçirildikdən sonra layihələrə çevriləcək ekoloji əlaqələr şəbəkəsinin yaradılması kimi mövzulara toxunulacaq.