XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2019 - 21:28

YPG/PYD bomba yüklü maşını partlatdı:13 dinc sakin həlak oldu, 20 yaralı var

Suriyanın şimalında yerləşən və hazırda Türk ordusunun nəzarət etdiyi Tel Abyad qəsəbəsində törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tel Abyadın mərkəzində yerləşən bazarda bomba yüklü avtomobil partladılıb: “Nəticəıdə 13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb”.

Terror aktının PKK, PYD və YPQ qruplaşmaları tərəfindən törədildiyi ehtimal edilir.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması məqsədilə “Brış Pınarı” əməliyyatının başladığını elan edib. Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

Oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən dünən sərhəddən on kilometr dərinlikdə Türkiyə hərbçilərinin və Rusiya hərbi polisinin birgə patrulu başlayıb.