XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2019 - 21:47

İraqdakı aksiyada toqquşma böyüyür –Bu gün azı 120 nəfər xəsarət alıb

İraqın cənubunda ölkənin ən iri limanının yerləşdiyi Umm-Kasr rayonunda nümayişçilərlə güc strukturları arasında qarşıdurmalar nəticəsində azı 120 nəfər xəsarət alıb.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə insan haqları üzrə ali komissiya məlumat yayıb.

Məlumata əsasən, Daxili İşlər Nazirliyinin iğtişaşlarla mübarizə üzrə xüsusi dəstəsi etirazçılara qarşı gözyaşardıcı qazdan, həmçinin döyüş sursatından istifadə edib.

Məlumata görə, aksiya iştirakçılarının hələ oktyabrın 30-da strateji terminala gedən yolları bağlaması nəticəsində bölgədə ciddi problemlər yaranıb: “Umm-Kasr ərzaq idxalından böyük həcmdə asılı olan İraq üçün vacib əhəmiyyət kəsb edir. Bu liman vasitəsilə ölkəyə dənli bitkilər, qənd və digər ərzaq məhsulları gətirilir”.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Bağdadda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.

İndiyə qədər nümayişlərdə iştirak edən 250-yə yaxın insan həyatını itirib.