XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2016 - 10:37

Misirdə piramida daşlarını oğurlayıb satanlar [color=red]tutulub

misir

Misir polisi qədim Gize Piramidasından götürülmüş daşların satışı ilə məşğul olan üç nəfər yerli sakini həbs edib.

Strateq.az xəbər verir ki, bu barədə “News 24” agentliyi xəbər yayıb.
 
Gizli kamera ilə çəkilmiş və yerli xəbər portalında göstərilən videoda sakinlərin öz arabalarında iki qədim daşı 250 misir funtuna (32 dollar) satmaq istəmələri aydın görünür.
 
Bundan sonra polis hərəkətə keçərək, qanunsuz daş alverçilərini həbs edib.
 
Qanunsuz ticarət Qahirə yaxınlığındakı qədim abidələr kompleksində, qədim dünyanın yeddi möcüzəsindən biri sayılan və bizim günlərə qədər gəlib çatmış Xeops Pramidasının yanında aparılıb.