XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2019 - 00:21

Malidə hökumət qüvvələri ilə terrorçular arasında toqquşma –53 əsgər öldürüldü, 10 yaralı var

Mali ordusunun 53 əsgəri öldürülüb.

Mali hökumətinin yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın silahlı hücumu nəticəsində bu ölkənin Silahlı Qüvvələrinin 53 əsgəri və bir mülki şəxs qətlə yetirilib.

Qeyd olunub ki, daha 10 əsgər yaralanıb və ölkənin şimal-şərqində yerləşən hərbi baza dağıdılıb.

CNN telekanalı xəbər verir ki, hökumətin sözçüsü Yaya Sangare bölgənin əhalisini terrorçulara qarşı dövlət və ordu ilə həmrəylik nümayiş etdirməyə çağırıb.

Terror hücumuna görə məsuliyyəti heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Bildirilir ki, Malidəki separatçılar və “Al-Qaeda” terror təşkilatı sentyabrda da hərbi bazaya hücum zamanı 38 hərbçini qətlə yetiriblər. Özlərini “Cihad hərəkatı”nın üzvləri adlandıran ekstremistlər 2012-ci ildən başlayaraq bu Qərbi Afrika ölkəsinin müxtəlif bölgələrində orduya qarşı silahlı hücumlar həyata keçirirlər/Azərtac.