XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 11:14

Ermənistanla bağlı [color=red]heyrətləndirici statistika

Ermənistan vətəndaşlarının hər dörd nəfərindən üçü imkan yaranan kimi ölkəni tərk etmək istəyir.

Bu barədə Ermənistandakı “Sosiometr” sosioloji təhqiqatlar mərkəzinin direktoru Aqaron Adibekyan məlumat verib. O deyib ki, mərkəz ölkənin bütün bölgələrini əhatə edən 3300 ailə arasında sosioloji sorğu keçirib.

Sorğuda iştirak edən 19-50 yaş arasındakı insanların 31 faizindən çoxu Ermənistanı tərk etmək istədiyini bildirib. Rəyi soruşulanların 19,3 faizi əlinə pul düşən kimi, 3,9 faizi sərfəli təklif gəldikdə xaricə getməyə hazır olduğunu bildirib. Respondentlərin 7,9 faizi isə ölkəni tərk etmək istədiyini, amma yaşlarının çox olması səbəbindən xaricə gedə bilmədiyini söyləyib.

Bildirilir ki, əhali ölkədəki ağır sosial-iqtisadi vəziyyət səbəbindən və bu vəziyyətin düzələcəyinə ümidlərini itirdikləri üçün xaricə getmək istəyir.

Rəy sorğusunda iştirak edən Ermənistan vətəndaşlarının 33,9 faizi ölkədə əməkhaqqının, 6,5 faizi pensiyaların məbləğinin çox aşağı olmasından, 8,1 faizi sosial–iqtisadi vəziyyətin ağırlığından, 4,4 faizi isə müalicə üçün vəsaitin yoxluğundan şikayət edib (Azərtac).