XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

03 Noyabr 2019 - 11:20

Bolqarıstan Fransaya nota verəcək –Emmanuel Makronun bolqar miqrantlar barədə ifadəsinə görə

Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makronun bolqarıstanlı miqrantlar barədə ifadəsinə görə bu ölkəyə nota verəcək.

Fransanın Bolqarıstandakı səfiri Florens Robin də sabah – noyabrın 4-də Bolqarıstan XİN-ə dəvət edilib.

Səfirdən E. Makronun “Valeurs Actuelles” jurnalına müsahibəsində bolqar miqrantlar barədə ifadəsinə aydınlıq gətirməsi istəniləcək.

Bolqarıstan Xarici İşlər naziri Yekaterina Zaxariyeva E. Makronun sözlərinin Fransadakı bolqar cəmiyyəti üçün təhqiramiz olduğunu bildirib.

Qeyd edək ki, E. Makron “Valeurs Actuelles” jurnalına müsahibəsində qeyri-leqal miqrantlarla mübarizə barədə danışarkən “qeyri-leqal Ukrayna və bolqar dəstələri” ifadəsini dilə gətirib.

Bununla əlaqədar noyabrın 1-də  Fransanın Ukraynadakı səfiri də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. /APA