XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2019 - 11:40

Ukrayna Qara dənizin şimalında hava və dəniz nəqliyyatını dayandırıb –Təlimlərə görə

Ukrayna rəsmiləri zenit-raket komplekslərindən taktiki atışların həyata keçirilməsi məqsədilə Qara dənizin şimal hissəsində hava yolunu bağlayıb və gəmilərin hərəkətinə qadağa qoyub.

Bu barədə “Ukrayna hərbi portal”ında məlumat verilib.

“Bağlanılan bölgənin sahəsi 6323 kv/km-dir və cəmi üç ərazini – Odessa, Nikolayevsk və Xerson vilayətlərini əhatə edir”, – məlumatda belə deyilir.

Atışlar Çabanka kimi tanınan hərbi poliqonda həyata keçirilir. Portalın məlumatına görə, atışlar zamanı RK-360 MS “Neptun” yerüstü qanadlı raket kompleksləri sınaqdan keçiriləcək. /APA