XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2019 - 12:10

Tramp Zelenskinin Ağ Evə gəlməsini istəyir:"Mən istərdim ki, o, Ağ Evə gəlsin"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskini məmnuniyyətlə qəbul edərdi.

ABŞ lideri bu barədə Ağ Evdə Nyu-Yorka uçuşdan əvvəl bildirib.

Məlumata görə, Tramp Zelenskinin tezliklə Birləşmiş Ştatlara səfərinə ümidini ifadə edib.

“Mən istərdim ki, o, Ağ Evə gəlsin”, – deyə Ağ Evin başçısı bildirib.

“Reuters” agentliyi prezidentlərin görüşünün mümkün vaxtını açıqlamayıb.

Ukrayna və ABŞ prezidentlərinin əvvəlki görüşü sentyabrın 25-də olub. Dövlət başçıları BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşüblər. Görüş 45 dəqiqə davam edib. Zelenski bildirib ki, Tramp Krımın Ukraynaya qayıtarılmasına kömək edəcəyini vəd edib. Tramp isə görüşü “fantastik” adlandırıb. /Report