XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2019 - 13:10

“Saudi Aramco” ilk dəfə səhmlərinin bir hissəsini satacaq –Agentlik məlumat yaydı

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” bu gün ilk dəfə səhmlərinin bir hissəsini birjada yerləşdirəcəyini açıqlayıb.

“France-Presse” agentliyi “Saudi Aramco”nun səhmlərinin 5 faizini satacağı barədə məlumat yayıb.

Səhm satışının dekabrın ortalarında başlayacağı gözlənilir. Öncə “Saudi Aramco”nun səhmlərinin 2 faizini ölkə daxilində –“Tadawul Saudi” birjasında satışa çıxaracağı proqnozlaşdırılır. Növbəti ildə səhmlərin 3 faizi xarici birjada satılacaq.

Həmin xarici birja hələlik müəyyənləşdirilməyib.  Ümumilikdə hazırda birja dəyəri 1,7 trilyon dollar proqnozlaşdırılan “Saudi Aramco”nun 5 faiz səhm satışından 100 milyard dollar əldə edəcəyi gözlənilir. /APA