XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2019 - 14:10

Əfqanıstanda taliblər yenə hücuma keçdi –ölənlər var

Əfqanıstanın şimal-şərqində “Taliban” silahlılari ilə toqquşmalarda yerli təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 8 nəfər isə yaralanıb.

“Taliban” noyabrın 2-si səhər şimal-şərqdə Bədəxşan əyalətindəki Nusai qəzasına hücum edərək təhlükəsizlik qüvvələrinə atəş açıb. Hərbiçilərlə silahlılar arasında toqquşmalar davam edir.

Bildirilir ki, taliblər qəzanın hökumət kompleksinə yaxınlaşıblar. Toqquşma baş verən ərazidə təhlükəsizlik qüvvələrinə kömək gəlməzsə, qəza “Taliban”ın əlinə kecə bilər.

“Taliban” hərəkatı öz növbəsində, hücuma görə məsuliyyəti öz üzərinə götürüb. /Trend.az