XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2019 - 09:35

İstanbulda sərnişin avtobusu dayanacağa çırpılıb –1 nəfər ölüb, 13 nəfər yaralanıb

İstanbulun Beşiktaş meydanında sürətlə hərəkətdə olan sərnişin avtobusu dayanacağa çırpılaraq qəza törədib.

Qəza nəticəsində bir nəfər ölüb, 2-si ağır olmaqla 13 nəfər yaralanıb.

Qəzadan sonra sürücü hadisə yerindən qaçmaq istəyərkən ona mane olan şəxsə bıçaq zərbələri endirib və özünü dənizə atıb.

Polislər sürücünü dənizdən çıxararaq həbs edib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinin əməkdaşları yaralılara baş çəkib.

Hadisə ilə bağlı avtobus şirkətinin sahibi və sürücü haqqında araşdırma başlanılıb. (APA)