XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2019 - 09:55

ABŞ qəbul edəcəyi qaçqın sayını kəskin azaldır

Birləşmiş Ştatlar qəbul edəcəyi qaçqın sayını kəskin azaldacaq. Bu planı yekun olaraq Prezident Donald Tramp təsdiqləməlidir.

Bu təklif daha öncə dini və humanitar qrupların kəskin tənqidinə səbəb olub. Onlar planı qəddar adlandırıb, Tramp administrasiyasını ölkədəki hər iki siyasi partiyasının qaçqın qəbuluna daimi dəstəyini rədd etməkdə suçlayıb.

Yeni plan qəbul olunarsa oktyabrın 1-dən qüvvəyə minəcək. Plana görə, 2020-ci ildən ölkəyə 18 mindən artıq qaçqın qəbul edilməyəcək. Ötən il bu rəqəm 30 min idi.

Dövlət katibi Mayk Pompeo noyabrın 2-də yekun rəqəmləri açıqlayaraq deyib ki, qaçqınların yerləşdirilməsi “ABŞ-ın humanitar əsaslı immiqrasiya işlərinin yalnız bir aspektidir”.

Pompeo onu da deyib ki, Birləşmiş Ştatlar böhranların həllindən ötrü diplomatik iş aparır və qaçqınlara öz regionlarında humanitar yardımla təmin edir.

Trampın sələfi Barak Obamanın prezidentliyinin son ilində ABŞ 85 min qaçqın qəbul eləmişdi.

“The Associated Press” yazır ki, ABŞ 1980-ci ildə qaçqın proqramını işə salandan ötənilki 30 min rəqəmi ən aşağı göstərici olub. (azadliq.org)