Türkiyə həbsxanalarında olan İŞİD terror təşkilatının üzvlərinin sayı açıqlanıb.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, ölkə həbsxanalarında 1200 İŞİD-çi var.
Onun sözlərinə görə, “Barış bulağı” hərəkatından sonra aralarında qadın və uşaqların da olduğu 287 İŞİD-çi saxlanılıb.
Nazir vurğulayıb ki, həbsxanalardakı terrorçuların hamısı xarici ölkə vətəndaşlarıdır.
S. Soylu qeyd edib ki, həbs edilmiş terrorçuların istintaqının Türkiyədə aparılması mümkün deyil: “İstər terrorçuları vətəndaşlıqdan çıxarsınlar, istərsə də çıxartmasınlar, biz onlar öz ölkələrinə göndərəcəyik”. (apa)