Hindistanın Cammu və Kəşmir bölgəsində partlayış törədilib.
Trend-in məlumatına görə, Srinaqar şəhərində bazara qumbara atılması nəticəsində 10 nəfər yaralanıb.
Hazırda partlayış baş verən ərazi bağlanıb, terrorçuların axtarışları aparılır.
Hadisə ilə bağlı məsuliyyət üzərinə götürən qruplaşma olmayıb.