XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2019 - 16:42

“Mothercare” müflis ola bilər –Səbəb

İngiltərənin körpə/uşaq məhsulları pərakəndə satış şirkəti “Mothercare”nin iflas üçün müraciət etməyə hazırlaşdığı bildirilir.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumata görə, “Mothercare”nin İngiltərədəki 79 mağazasında mənfəətin azalması müşahidə olunur. Şirkətin cari ilin mart ayında ölkədən kənarda yerləşən mağazaları 36,3 mln dollar zərər edib.

Şirkətin bağlanacağı təqdirdə, 2,5 min nəfərin işdən çıxarılacağı gözlənilir.

Xatırladaq ki, son dövrlərdə ölkənin pərakəndə satış şəbəkələri iqtisadi risklər və istehlak tələbin azalması səbəbindən işçilərini işdən çıxarır, mağazalarını bağlayır və ya iflas edirlər.

“Mothercare” şirkətindən başqa, son dövrlərdə oyuncaq şirkəti “Toys R Us”, elektron satış zənciri “Maplin”, “Carpetright” xalça şirkəti, İngilis aşpaz Ceymi Oliverin 25 restoran şəbəkəsi iflas edib. (Report)