XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2019 - 17:37

İran Prezidenti Səudiyyə Ərəbistanına əməkdaşlıq təklif edib –Ruhani Krala məktub yazıb

İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səuda əməkdaşlıq təklif edib.

Bu barədə bu gün keçirdiyi mətbuat konfransında İran hökumətinin sözçüsü Əli Rəbii bildirib.

O deyib ki, bununla bağlı İran Prezidenti Səudiyyə Ərəbistanı kralına məktub ünvanlayıb.

Ə. Rəbii qeyd edib ki, məktub regional təhlükəsizlik sahəsində əməkdaşlıq, sülh və sabitliyə həsr olunub.

“Biz düşünürük ki, bölgədə müxtəlif iki tərəfli əlaqələr formalaşa bilər. ABŞ-ın təzyiqləri qonşu ölkələr arasında ayrılıq yaratmamalıdır”, – deyə Ə. Rəbii vurğulayıb. (apa)