XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 00:55

İraqda etiraz aksiyası: 3 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb

İraqda keçirilən etiraz aksiyasında 3 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.

Bu barədə ölkənin İnsan Haqları üzrə Ali Komissiyasının üzvü Əli əl-Bayati bildirib.

“Üç nəfər həlak olub, nümayişçilər, hərbçilər də daxil olmaqla 150-dən çox insan xəsarət alıb. Onların əksəriyyəti Bağdaddakı aksiyada təngnəfəslikdən zərər çəkiblər”, – deyə açıqlamada bildirilir.

Bazar ertəsi İraqın şiələrin üstünlük təşkil etdiyi şəhərlərinin əksəriyyətində ümumi tətil elan edilib, əsas magistrallar bağlanılıb.

Qeyd edək ki, oktyabrın əvvəllərindən davam edən aksiyaların iştirakçıları hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər/Report.