XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 09:48

Əl-Bağdadinin bacısı saxlanılıb- Suriyanın şimalında

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin bacısını saxlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyə hakimiyyətinin yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.

“Rəsmiyə Avad Azaz kəndi yaxınlığında tutulub. Əl-Bağdadinin bacısından İŞİD-in daxili fəaliyyəti ilə bağlı dəyərli məlumatları öyrənməyə ümid edirik”, – deyə agentlik həmin mənbənin sözlərini sitat gətirib.

Hazırda İŞİD liderinin bacısı sorğulanır. “Reuters”in məlumatına görə, R.Avadla birgə əri və gəlini də saxlanılıb.