XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 06:03

Putin bu gün Bəhreyn şahzadəsi ilə görüşəcək-[color=red] Soçidə

Rusiya prezidenti Vladimir Putin bu gün Bəhreyn şahzadəsi Həmad bin İsa əl-Xəlifəylə görüşəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, Soçidə baş tutacaq görüşdə ticarət, investisiya, enerji, maliyyə və humanitar sahələr üzrə ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulacaq. Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, beynəlxalq terrorla mübarizə də əsas müzakirə mövzularından olacaq.