XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 20:57

Böyük Britaniya ilə Aİ arasında ticarət sazişi baş tutmaya bilər –Açıqlama

Böyük Britaniya hökuməti “Brexit”dən sonra keçid mərhələsi başa çatanadək Avropa İttifaqı (Aİ) ilə ticarət sazişinin imzalanmaması ehtimalını nəzərə alır.

BBC xəbər verir ki, bunu Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv müsahibəsində bildirib.

“Əlbəttə, biz hər bir ehtimala hazır olmalıyıq, amma keçid dövrü başa çatanadək Aİ ilə qarşılıqlı faydalı münasibətlər qura biləcəyimizə şübhə etmirəm”, – deyə britaniyalı rəsmi 2020-ci il başa çatanadək Aİ ilə gələcək əməkdaşlıq, ticarət qaydaları və tariflər barədə saziş imzalayıb-imzalamayacaqları barədə suala cavab verərkən bildirib/Report.