XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 23:21

İran AEBA mütəxəssislərini ölkəyə dəvət edib –Nüvə proqramı ilə bağlı

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi, səfir Kazım Qəribapadi təşkilatın rəhbərliyinə məktub təqdim edib.

Bu məktubla İran AEBA-ya nüvə proqramının bərpası istiqamətində noyabrın 6-da atacağı 4-cü addımı barədə məlumat verib.

Məktubdə görüləcək işlər təşkilatın rəhbərliyinin diqqətinə çatdırılıb və bu işlərin həyata keçməsinə nəzarət etmək üçün AEBA-nın mütəxəssisləri İrana dəvət olunub.

Qeyd edək ki, ABŞ və Avropa dövlətlərinin təkidlərinə baxmayaraq, Prezident Həsən Ruhani 4-cü addımın atılmasını zəruri hesab edib. Rəsmi Tehran bəyan edib ki, ABŞ və Avropa dövlətləri 2015-ci ildə İran ilə əldə etdikləri razılaşmaya əməl etməsələr İran öz nüvə proqramını tədricən bərpa edəcək.

İran Prezidenti onu da bildirib ki, rəsmi Tehran nüvə proqramını AEBA-nın müəyyən etdiyi çərçivələr daxilində inkişaf etdirir və heç bir beynəlxalq qanunu pozmur.

Onu da nəzərə çatdıraq ki, nüvə proqramının tam bərpası nüvə silahının yaradılması ilə nəticələnə bilər/Azərtac.