XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 23:58

İranda iqtisadi təhlükəsizlik polisi yaradılıb –Gömrük postlarında xidmət aparılacaq

İranın 13 gömrük-keçid məntəqəsində iqtisadi təhlükəsizlik polisi fəaliyyətə başlayıb və bununla əlaqədar işlər gələn ilin martına qədər yekunlaşacaq.

Bunu İranın hüquq-mühafizə orqanının polis rəisi Hüseyn Əştəri jurnalistlərə açıqlamasında deyib.

H.Əştərinin sözlərinə görə, gömrük-keçid məntəqələrində fəaliyyətə başlayan iqtisadi təhlükəsizlik polisi qısa müddət ərzində iqtisadi fəsadlar, qaçaqmalçılıqla mübarizədə ciddi addımlar atıb.

Qeyd edək ki, İranda məhsul qaçaqmalçılığı hallarının yüksək səviyyədə olması bu polisin yaradılmasının səbəblərindən biridir. Ölkənin məhsul və xarici valyuta qaçaqmalçılığı ilə mübarizə komitəsinin rəisi Əli Moəyyidi Xorrəmabadi may ayında bildirmişdi ki, İranda 12,5 milyard dollar dəyərində qaçaqmalçılıq var/Trend.