XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2019 - 09:20

Fransa xüsusi təyinatlıları Malidə əməliyyat keçirdi:terror qruplaşmasının lideri öldürüldü

Fransa xüsusi təyinatlıları Malidə həyata keçirdikləri əməliyyat zamanı “Əl-Qaidə” beynəlxalq terror şəbəkəsi ilə sıx əlaqəsi olan terror qruplaşmasının lideri Əbu Əbdürrəhman əl-Məğribini zərərsizləşdirib.

Bu barədə “France Presse” agentliyinə Fransa Silahlı Qüvvələri naziri Florens Parli məlumat verib.

Onun sözlərinə görə, Mərakeş əsilli terrorçu 9 oktyabr gecəsi, Malinin hərbi qüvvələri ilə birlikdə həyata keçirilən xüsusi əməliyyat zamanı məhv edilib.

“O, Sahel ərazisində axtarılan ən təhlükəli terrorçuların siyahısında ikinci olub. Terrorçular arasında nüfuzlu şəxslərdən birini zərərsizləşdirə bildik.”.  /Report