XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2019 - 11:21

Yerli proqram təminatı yüklənməyən smartfonların satışı qadağan edildi- Rusiyada

Dövlət Duması Rusiya proqram təminatı yüklənməyən smartfon və kompyuterlərin satışının qadağan edilməsi barədə qanun layihəsini qəbul edib.

Azərtac xəbər verir ki, 2020-ci il iyulun 1-dən smartfon, kompyuter, “smart-TV” funksiyası olan televizorlar və bir sıra digər qurğulara mütləq Rusiya proqram təminatı yüklənməlidir.

Qanun layihəsinin müəlliflərinin fikrincə, bu, Rusiyanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin inkişafına təkan verəcək.