XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2019 - 14:35

“ABŞ-Çin ticarət razılaşması problemləri həll etməyəcək” –Ekspert

“ABŞ və Çin arasında imzalanması gözlənilən ticarət sazişinin I mərhələsi qlobal iqtisadiyyatın üzləşdiyi bütün problemlərin həll etməyəcək”.

Bunu ABŞ-ın keçmiş ticarət naziri və Nobel mükafatı laureatı, iqtisadçı Larri Sammers deyib.

“Ticarətdəki qeyri-müəyyənliklərdən əlavə, Çindəki maliyyə gərginliyi, Avropa iqtisadiyyatındakı narahatlıqlar da qlobal iqtisadi artımı zəiflədən əsas amillərdəndir”, – deyə o, qeyd edib.

Xatırladaq ki, beynəlxalq iqtisadi inkişaf tempi ABŞ-Çin ticarət müharibəsinin başladığı ötən ildən bəri azalmaqdadır. Beynəlxalq Valyuta Fondunun ötən ay açıqladığı hesabata görə, cari ildə iqtisadi artım 3% həddində olacaq. /Report