XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 09:51

Əsəd ordusu Türkiyə sərhədinə çatır – [color=red] Hücum əməliyyatı

Suriyada hökumət qüvvələri Türkiyə sərhədindən 20 kilometr məsafədə yerləşən Tel Rıfat qəsəbəsinə doğru irəliləyir.

Bu barədə Suriya İnsan Haqları təşkilatı məlumat yayıb.

Xəbərə görə, Rusiya döyüş təyyarələrinin hava dəstəyi nəticəsində hökumət qüvvələri qəsəbənin 7 kilometrliyinə çatıb.

Hərbi ekspertlər Tel Rıfat qəsəbəsinin olduqca mühüm strateji məntəqə olduğunu bildirir. Çünki Suriyada fəaliyyət gösətərən silahlı qruplaşmalar, xüsusi ilə İŞİD bu qəsəbə vasitəsi ilə silah-sursat və döyüşçü toplayır.

Tel Rıfat Suriya ordusu tərəfindən tutularsa, Hələbin şimalı tamamilə Əsəd qüvvələrinin nəzarətinə keçəcək.

Xatırladaq ki, hərbi əməliyyatların intensivləşməsi nəticəsində ölkənin şimalında təxminən 80 min suriyalı Hələb bölgəsindən Türkiyə sərhədlərinə axın ediblər.