XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2015 - 10:58

Ukrayna qoşunları “qrad”ları geri çəkməyə başlayıb

ATƏT müşahidəçiləri prosesi izləyiblər

Картинки по запросу отвод военной техники

Donbas ərazisindəki Ukrayna qoşunları barış barədə Minsk razılaşması ilə nəzərdə tutulduğu kimi ağır silahları cəbhə xəttindən geri çəkməyin növbəti mərhələsinə başlayıb.

Strateq.az Ukrayna KİV-ə isnadən məlumat verir ki, martın 5-də BM-21 “Qrad” sistemlərinin geri çəkilməsinə başlanılıb. Onlar əvvəlcədən hazırlanmış hüdudlara yerləşdirilir.

Ukrayna tərəfi əvvəllər özügedən “Akasiya” artilleriya qurğularını, tank əleyhinə “Rapira” toplarını və digər silahları cəbhə xəttindən çəkmişdi.

Bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, prosesi ATƏT müşahidəçiləri qeydə alıblar.