XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 10:36

ABŞ-la nüvə danışıqlarında iştirak edən İran heyətinə [color=red]orden verildi

 

iran orden.jpg

İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinin bütün məsul şəxsləri birinci dərəcəli ordenlə təltif olunub.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bununla bağlı keçirilən mərasimdə İran prezidenti Həsən Ruhani birinci dərəcəli ləyaqət, müdiriyyət və şücaət ordenlərini İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə, Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehiyə və İran İslam Respublikasının müdafiə naziri general-mayor Hüseyn Dehqana, həmçinin nüvə  müzakirələrinin digər məsul şəxslərinə təqdim edib.

Prezident  5+1 qrupu arasındakı nüvə müzakirələrində iştirak etmiş bütün məsul şəxslərə təşəkkür edib.

İran prezidenti Həsən Ruhani çıxışında bildirib ki, müştərək Addım üzrə Əhatəli Proqram nüvə müzakirə komandasının gecə-gündüzlü səyləri və İranın səbrinin məhsuludur.