XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2019 - 19:53

Gürcüstan və Ermənistan müdafiə nazirləri görüşüblər- Nələr müzakirə olunub?

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Batumidə ermənistanlı həmkarı David Tonoyanla görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş Acarıstan paytaxtında keçirilən Gürcüstanın Müdafiə və Təhlükəsizliyi üzrə XIII konfrans çərçivəsində baş tutub.

Tərəflər Gürcüstan və Ermənistan arasındakı münasibətləri müzakirə ediblər. Əsas diqqət bölgədə sabitlik və təhlükəsizlik məsələlərinə ayırılıb.

Müdafiə nazirləri mövcud əməkdaşlıq münasibətlərini və gələcək planları da nəzərdən keçiriblər.