XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2019 - 21:00

İraqdakı etirazlar ölkəyə 6 milyard dollar maddi ziyan vurub- Generaldan açıqlama

İraqın müxtəlif şəhərlərində bir aydan artıqdır keçirilən kütləvi etiraz aksiyaları nəticəsində ölkəyə 6 milyard ABŞ dollarına yaxın maddi ziyan dəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin baş komandanının sözçüsü, briqada generalı Əbdül Kərim Xələf bildirib.

O, paytaxt Bağdadda və bir sıra şəhərlərdə davam edən etiraz nümayişlərinin iştirakçılarını zorakılıqdan, dövlət binalarına və sənaye müəssisələrinə, xüsusilə də neft sənayesi obyektlərinə zərər verməməyə çağırıb: “Ordumuz xarici neft şirkətlərinin ofislərinə hər hansı hücum hallarına yol verməyəcək. İraqlıların adi həyatını təmin edən körpüləri və yolları bağlamaq yolverilməzdir. Hərbi obyektlərə yaxınlaşmaq olmaz”.a