XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Noyabr 2019 - 21:11

“Lufthansa” şirkəti 1,3 min aviareysi təxirə salıb- 180 min sərnişin yollarda qalıb

Almaniyanın “Lufthansa” aviakompaniyası əməkdaşlarının tətili səbəbindən iki gün ərzində xüsusi qrafiklə fəaliyyət göstərəcək. Aviakompaniya 7-8 noyabrda 1,3 min aviareysi ləğv etmək məcburiyyətində qalıb.

Azərtac xəbər verir ki, bu barədə məlumat aviakompaniyanın saytında yerləşdirilib.

“Noyabrın 7-də “Lufthansa Group” kompaniyasının 3 min aviareysindən yalnız 2,3 mini həyata keçirilə bilər. Noyabrın 8-də isə 2,4 min reys yerinə yetiriləcək. Tətillər səbəbindən 1,3 min aviareysin ləğv olunması təxminən 180 min sərnişinə təsir edəcək”, – deyə bəyanatda bildirilir.

Aviakompaniya hazırda sərnişinlərə təklif etmək üçün alternativ marşrutların üzərində işləyir.

Qeyd edək ki, bir qədər əvvəl UFO həmkarlar ittifaqı tarif danışıqlarının iflasa uğraması səbəbindən kompaniya əməkdaşlarını tətilə çağırıb.