XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2019 - 23:15

Malayziya Asiyada terrorçular üçün tranzit ölkə olaraq qalır- “The Straits Times”dan maraqlı iddia

Malayziya Yaxın Şərq və Cənub-Şərqi Asiya bölgəsində hərəkət edən terrorçular üçün tranzit ölkə olaraq qalır.

Azərtac xəbər verir ki, bu barədə noyabrın 6-da “The Straits Times” qəzeti Malayziya Polisi Antiterrorizm İdarəsi rəisinin müavini Ayub Xana istinadla məlumat yayıb.

A.Xan bildirib ki, bunun səbəbi Yaxın Şərq və Afrika ölkələrinə viza rejiminin tətbiq edilməməsi və ya sadələşdirilməsidir.

Rəis müavininin sözlərini sitat gətirən qəzet yazır: “2013-cü ildən Malayziyada 38 əcnəbi yaraqlı həbs olunub. Bunların bir qismi ölkədən deportasiya edilib, digər qismi isə müxtəlif müddətə həbs olunub”.

A.Xan bildirib ki, həmin dövrdə ölkədə müxtəlif ekstremist qruplar tərəfindən planlaşdırılan təqribən 25 terror aktı cəhdinin qarşısı alınıb.