XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2019 - 23:54

Britaniyada 57 nəfər kimyəvi maddədən zəhərlənib –İnsanlar nəfəs almaqda çətinlik çəkirlər

İngiltərədə 57 nəfər kimyəvi maddədən zəhərlənib.

Bu barədə“Sky News” telekanalının saytı məlumat yayıb.

Bildirilir ki, hadisə Kent qraflığında, Meydstoun şəhərciyində baş verib.

Həkimlərin məlumatına görə, insanlar nəfəs almaqda problemlərdən şikayət ediblər.

“Biz hadisə yerində 57 nəfərə yardım göstərdik, hansılar ki, nəfəs almaqla bağlı yaranan problemlərdən şikayət edirdilər. Onlardan bəziləri həkim nəzarəti ilə evə buraxılıb. Hazırda heç bir pasiyent ağır vəziyyətdə deyil”, – deyə İngiltərənin cənub-şərq sahilinin təcili yardım xidmətinin mətbuat katibi bildirib.

Hadisənin təfərrüatı açıqlanmır/Report.