XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2019 - 09:37

ABŞ “Twitter”in keçmiş əməkdaşlarını ittiham edib –casusluqla bağlı

ABŞ-ın Ədliyyə Nazirliyi “Twitter”in iki keçmiş əməkdaşını istifadəçilər haqqında məlumatları Ər-Riyada ötürməkdə ittiham edib.

Bu barədə “Report” “The New York Times” qəzetinə istinadən xəbər verir.

Qeyd edilir ki, ittihamlar Əhməd Abuammoya və Əli əl-Zabaraha qarşı irəli sürülüb. Əhməd Abuammo ABŞ vətəndaşıdır. Əli əl-Zabarah isə Səudiyyə Ərəbistanı sakinidir.

ABŞ-ın Ədliyyə Nazirliyinin versiyasına görə, onlar Səudiyyə kral ailəsi haqqında tənqid fikirlər səsləndirmiş istifadəçilər haqqında məlumatları Ər-Riyada veriblər.

Həmçinin bildirilir ki, bu, federal hakimiyyət tərəfindən xarici dövlətin agenti kimi Səudiyyə Ərəbistanı vətəndaşına qarşı irəli sürülən ilk ittihamdır.