XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2019 - 12:03

Amsterdam aeroportunda həyəcan –Təyyarəni qaçırmağa cəhd etdilər

Amsterdam yaxınlığındakı Sxipol hava limanında təyyarəninin qaçırılmasına cəhd olunub.

TASS xəbər verir ki, bu barədə hərbi polisdəki mənbələrə istinadən Niderlandın Teleradioyayım Şirkəti (NTK) bildirib. Telekanalın məlumatına görə, enmə (sərnişinlər-red) zamanı pilot təyyarənin qaçırılmasına cəhdlə bağlı həyəcan düyməsini basıb. “Həmin an 27 nəfər təyyarənin göyərtəsinə qalxıb”, – NTK qeyd edib. Söhbətin terror aktından gedib-getməməsi hələ ki anlaşılmır.

Hava limanının təhlükəsizliyi üçün cavadehlik daşıyan hərbi polis “Twitter”dəki səhifəsində bildirib ki, sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk edib.

“Sərnişinlər və ekipaj təyyarənin göyərtəsindən düşüblər”, – deyə xəbərdə bildirilir. Hazırda laynerə baxış keçirilir. (Report)