XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2019 - 16:46

Ərdoğan Zelenski ilə telefonda danışıb –Nələr müzakirə olunub?

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. 

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Ukrayna və Türkiyə arasında azad ticarət haqqında saziş bağlanmasına hazırlıqla əlaqədar danışıqlar prosesini fəallaşdırmağın zəruriliyini təsdiq ediblər.

Ukrayna və Türkiyə prezidentlərinin həmsədrliyi ilə yüksək səviyyəli Strateji Şuranın Kiyevdə keçiriləcək növbəti iclasına hazırlığın vəziyyəti müzakirə olunub.

Dövlət başçıları qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı daha da fəallaşdırmaq əzmində olduqlarını bildiriblər.