XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2019 - 19:24

Dünyada ilk dəfə məktəb proqramına iqlim dəyişikliyi fənni salınıb- İtaliyada

İtaliya dünyada məktəblilərə iqlim dəyişikliklərini tədris edəcək ilk ölkə olacaq.

Ölkənin Təhsil naziri Lorenzo Fioramonti bu qərarı dünyada baş verən qlobal iqlim dəyişikliklərinin məktəb yaşlarından uşaqlara aşılanmasının vacibliyi ilə izah edib.

Belə ki, hər bir uşaq insan fəaliyyətinin iqlimdə və bütünlükdə dünyada yaratdığı təsirləri öyrənməlidir. Məhz bu səbəbdən gələn dərs ilindən dövlət məktəblərində hər il 33 saatlıq iqlim dəyişikliyi fənni keçiləcək.

Bu barədə məlumatlar digər təbiət fənlərində də əhatə olunacaq.

Ümumiyyətlə, İtaliyanın Təhsil naziri fəaliyyətində ətraf aləmin qorunmasına yönələn çoxsaylı layihələr hazırlanıb reallaşdırılmasına böyük diqqət ayırır(azərtac).