XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2019 - 21:48

Robert Koçaryanın oğluna atası ilə görüş qadağan edilib –Səbəb açıqlanmır

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryana atası ilə görüş qadağan edilib.

Bunu Robert Koçaryanın vəkili Ruben Saakyan noyabrın 7-də jurnalistlərə bildirib.

Jurnalistin “ata ilə oğlun görüşünə niyə icazə vermirlər” sualına cavabında vəkil bildirib ki, bunu onlardan (hakimiyyəti nəzərdə tutur – red.) soruşun.

Qeyd edək ki, noyabrın 7-də Yerevan məhkəməsinin hakimi Anna Danibekyan Robert Koçaryanın girov qarşılığında zaminə buraxılmasına dair vəsatəti təmin etməyib/Report.